AZ

Kanadanın növbəti baş naziri martın 14-də and içəcək

Kanadanın növbəti baş naziri martın 14-də and içəcək

Kanadanın növbəti baş naziri Mark Karni martın 14-də and içəcək və hökumətə rəhbərliyə başlayacaq. AFN.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.Bildirilir ki, mərasim Ottava vaxtı ilə saat 11:00-da Kanadanın general-qubernatoru Meri Saymonun iqamətgahında baş tutacaq. Karniyə onun kabinetinin üzvləri də qoşulacaq, lakin onun tərkibində kimin olacağı hələ ki, bəlli deyil. Hazırkı baş nazir Castin Trüdo mərasimdən əvvəl istefa verəcək.Martın 9-da Kanadanın hakim Liberal Partiyası Kanada Bankının keçmiş rəhbəri Mark Karnini yeni lider seçib. O, hazırda oktyabrın 20-nə təyin edilmiş növbəti parlament seçkilərinə qədər yeni baş nazir olacaq.

Seçilən
7
3
afn.az

7Mənbələr