AZ

Polşa Baş Naziri Tusk: AB üzvlüyündə Türkiyəni dəstəkləməyə davam edəcəyik

Polşanın Baş naziri Donald Tusk Türkiyənin Avropa Birliyinə (AB) namizədlik prosesi ilə bağlı danışıb.

Ümid edirik ki, Türkiyənin Avropa Birliyinə (AB) daxil olması prosesi artıq real və hiss olunan bir proses olacaq. Biz bu mövzuda Türkiyəni hər zaman dəstəkləmişik və bundan sonra da dəstəkləyəcəyik.

Operativ Media xəbər verir ki, bunu Polşa Baş Naziri Donald Tusk Türkiyə Prezident Külliyesində Rəcəb Tayyib Ərdoğanla görüşündən sonra keçirilən birgə mətbuat konfransında deyib.

Tusk çıxışına hər kəsə mübarək Ramazan diləməklə başlayıb, onlara xeyirli və bərəkətli Ramazan diləyib və İstiqlal Himninin qəbul edilməsinin ildönümünü qeyd edib.

Donald Tusk, Türkiyə və ölkəsinin tarixlərində apardığı “müstəqillik” savaşlarının əhəmiyyətli olduğunu, Ərdoğanla görüşlərində iki ölkə arasında dostluq, müdafiə və iqtisadi əməkdaşlığın təməllərinin çox möhkəm olduğunu dilə gətirib.

Türkiyənin Avropa Birliyinə (AB) namizədlik prosesi ilə bağlı Tusk, "Ümid edirik ki, Türkiyənin Avropa Birliyinə daxil olma prosesi artıq real və hiss olunan bir proses olacaq. Biz bu mövzuda Türkiyəni hər zaman dəstəkləmişik və bundan sonra da dəstəkləyəcəyik" deyə bildirib.

Seçilən
11
operativmedia.az

1Mənbələr