AZ

Slovakiyada qunduz bütöv bir regionda problem yaratdı: Hökumət həll yolu fikirləşir

Slovakiyanın Tatra Milli Parkında ciddi problem yaranıb. Belə ki, bənd tikintisi ilə məşğul olan çay qunduzu yaxınlıqdakı yaşayış məntəqələrinin minlərlə sakinini içməli susuz qoya bilər.

hakimiyyet.az-ın məlumatına görə, bu barədə qoruğun mətbuat xidməti məlumat verib.

Bildirilir ki, qunduz öz bəndini təmizləyici qurğular və təmizlənməmiş suyun daxil olduğu su təchizatı qurğuları arasındakı sahədə inşa edir. Əgər bənd tamamlanarsa, bütöv bir regionun içməli suya çıxışını kəsə bilər.

Milli park nümayəndələri həm qunduzu, həm də içməli suyu qorumaq üçün fəaliyyət planı hazırlamaq məqsədilə ekoaktivistlərlə görüş keçiriblər. Qoruğun rəhbərliyi radikal tədbirlərə əl atmadan problemin həllini tapmağa çalışır. Planlara görə, heyvanın hazırkı yaşayış mühitini onun üçün daha az cəlbedici etmək məqsədilə şərait yaradılacaq ki, qunduz özü parkı tərk etsin və fəaliyyətləri insanların sağlamlığına təhlükə yaratmayacağı bir ərazidə məskunlaşsın.

Seçilən
1
2
hakimiyyet.az

3Mənbələr