AZ

ABŞ-nin vitse-prezidenti bu ölkənin dövlət rəmzlərini ayağına geyindi...-VİDEO

ABŞ prezidenti Donald Tramp İrlandiyanın baş naziri Maykl Martin ilə Oval kabinetdə söhbəti zamanı diqqəti vitse-prezident J.D.Vensin üzərində İrlandiyanın simvolu- yonca yarpaqlarının əksi olan corablarına yönəldib.
Moderator.az bu haqda "UNİAN"-a istinadla xəbər verir.
 
"İnflyasiya haqqında danışmalıyam. Diqqətimi cəmləməyə çalışıram. Amma mən çox heyranamş Mən sadəcə bu corabları sevirəm! Bu corablarda nə var belə?" – ABŞ prezidenti zarafatla deyib.
 
"Republicworld"-un yazdığına görə, belə corabların seçimi sadəcə dəb gedişi olmayıb. Vensin özünün izah etdiyi kimi, guya bu, onun "İrlandiya-Amerika münasibətlərini gücləndirmək" üslubu olub.

 

S.Laçın
Seçilən
13
moderator.az

1Mənbələr