Buenos-Ayresin mərkəzində keçirilən etiraz aksiyası zamanı polis əməkdaşları 150 nəfəri həbs edib...
Poliqon RİA Novosti nəşrinə istinadən xəbər verir ki, bu barədə Argentinanın təhlükəsizlik naziri Patrisiya Bullrix LN+ telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, 15-17 polis əməkdaşı yaralanıb.
"Bu nümayişə gələn insanların çoxu - azarkeşlər, solçular - öldürməyə hazırdılar", o deyib
Martın 12-də Argentina paytaxtının mərkəzində konqres binasının yaxınlığında etiraz aksiyası keçirilib. Burada yaşayış şəraitinin yaxşılaşdırılmasını tələb edən təqaüdçülərlə yanaşı, onlara dəstək olmaq üçün gələn futbolsevərlər də iştirak edib. Meydanda və ətraf küçələrdə toplaşan iki minə yaxın insan təqaüdlərin azlığından və yaşayışın bahalığından narazılıqlarını bildiriblər.
Nümayiş başlayandan az qala dərhal sonra polislə toqquşmalar başlayıb və tezliklə iğtişaşlara çevrilib. Gənclər hüquq-mühafizə orqanlarının əməkdaşlarına çubuq, butulka və daş atıblar. Buna cavab olaraq polis gözyaşardıcı qaz və şırnaqlardan istifadə edib. Etirazçılar barrikadalar qurmağa, polis avtomobilini və zibil qutularını yandırmağa cəhd ediblər.
Poliqon.info