AZ

Mükafat fondu 10 000 AZN olan Gəncə hakatonuna qeydiyyat başladı!

(®) Texnologiya və innovasiya sahəsindəki ən yaxşı həlləri tapmaq və gələcəyin texnologiyasını yaratmaq istəyənlər üçün böyük bir fürsət yaranıb.

“INNOSTART” Gəncə Hakatonu 15-16 mart 2025-ci il tarixlərində Gəncə şəhərində keçiriləcək. Bu tədbir, iştirakçılara kreativ ideyalarını reallaşdırmaq, yeni texnoloji həllər yaratmaq və sektorda irəliləmək imkanı təqdim edəcək.

Hakatonun məqsədi:

Hakaton iştirakçılarına müxtəlif texnologiya sahələrində yeni həllər təqdim etmə, problemləri aradan qaldırma və gələcək texnologiyalarını inkişaf etdirmə imkanı yaradacaq. İştirakçılar həmçinin, öz ideyalarını investorlara təqdim edərək, inkişaf mərhələsinə keçə biləcək və gələcəkdə bu sahədə müvəffəqiyyət əldə edə biləcəklər.

Mükafat Fondu:

1-ci yer – 5000 AZN

2-ci yer – 3000 AZN

3-cü yer – 2000 AZN

Ən yaxşı komanda və ya komandalar hakaton sonunda öz ideyalarını investisiya almaq üçün təqdim edəcək və bu ideyaların reallaşdırılması üçün dəstək əldə edəcəklər.

Qeydiyyat:

İştirak etmək istəyənlər qeydiyyatdan keçmək üçün bu linkə daxil ola bilərlər: https://forms.gle/eKA9WxZ1QEgXvNpL7

Ünvan: Capitalk Language Center (Gəncə şəhəri, Nizami Gəncəvi, 468a)

Tarix: 15 Mart 09:30

Tədbir SUP.VC şirkətinin təşkilatçılığı və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi ilə keçilir.

 Instagram: instagram.com/sup.vc

 LinkedIN: https://bit.ly/437XkaM

 Facebook: https://bit.ly/3EUUcFd

qeydiyyatgəncə hakatonuinnostart
Seçilən
5
2
marja.az

3Mənbələr