AZ

Əsəd tərəfdarları Suriyada hərbi kazarmalara hücum ediblər

SANA Agentliyi: Suriyanın Latakiya şəhərində kazarmalara hücum edilib...

Suriyanın keçmiş prezidenti Bəşər Əsədin bir qrup tərəfdarı Latakiya əyalətində kazarmalara hücuma cəhd edib.

Poliqon xəbər verir ki, bu barədə ölkənin yeni hakimiyyət orqanlarına tabe olan Müdafiə Nazirliyindəki mənbəyə istinadən SANA Agentliyi məlumat yayıb.

Mənbənin sözlərinə görə, münaqişə hərbi obyektin girişində başlayıb. Təhlükəsizlik qüvvələri hücumun qarşısını ala bilib və dörd hücumçunu saxlayıb.

Qeyd edək ki, martın 6-da Latakiya, Tartus və Homs əyalətlərində Suriyanın yeni rəhbərliyini dəstəkləyən təhlükəsizlik qüvvələri ilə Əsədə sadiq birliklər arasında toqquşmalar başlayıb. Ən şiddətli döyüşlər eks-prezidentin ailəsinin mənsub olduğu dini azlıq olan ələvilərin yaşadığı Cəblə şəhərində baş verib.

Martın 10-da hakimiyyət bu bölgələrdə əməliyyatın başa çatdığını və Əsədə bağlı qüvvələrin zərərsizləşdirildiyini açıqlayıb.

Son məlumatlara görə, Suriyanın qərbində münaqişə başlayandan silahlı qüvvələr arasında 250 nəfər, mülki əhali arasında isə 900 nəfər itki verib.

Poliqon.info

Seçilən
25
9
poliqon.info

10Mənbələr