Tasnim: İsrail pilotsuz təyyarələri Qəzza şəhərinə zərbə endirib...
İsrail qüvvələri Qəzza şəhərinə pilotsuz təyyarələrlə bir sıra zərbələr endirib.
Poliqon xəbər verir ki, bu barədə İranın “Tasnim” xəbər agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, bu yolla İsrail əsgərləri nəzarət-buraxılış məntəqələrinin açılmasına və Fələstin ərazilərinə humanitar yüklərin çatdırılmasına mane olur.
Qeryd edək ki, martın 9-da İsrailin energetika naziri Eli Koen Qəzza zolağına elektrik enerjisinin verilişinin dərhal dayandırılması barədə göstəriş verib.
Martın 2-də İsrail əsgərləri Qəzza zolağına humanitar yardımın daşınmasını əngəlləyib və bütün keçidləri bağlayıb. “Kan” telekanalının məlumatına görə, bu, Fələstinin HƏMAS hərəkatının ABŞ-nin xüsusi nümayəndəsi Stiven Uitkoffun nizamlama planını qəbul etməkdən imtina etməsi ilə bağlı olub.
Martın 3-də “Kan” telekanalı bildirib ki, HƏMAS atəşkəs razılaşmasının birinci mərhələsini və bütün girovları azad etməsə, İsrail Qəzza zolağında döyüşləri bərpa edəcək. Jurnalistlərin əllərində olan məlumata görə, İsrail tərəfi Qəzzaya humanitar yardımların girişini kəsməklə yanaşı, Fələstin hərəkatına təzyiqləri mərhələli şəkildə artırmağı planlaşdırır.
Poliqon.info