AZ

Elbrus vulkanı qızıl püskürür

Elbrus

Antarktidadakı Erebus vulkanı hər gün havaya 80 qrama qədər qızıl püskürür.

Reyting.az
"IFL Science" nəşrinə istinadla xəbər verir ki, elm adamları Antarktida vulkanında qızıl emissiyası aşkar ediblər.

Alimlərin fikrincə, həcmi təxminən 20 mikron olan çox kiçik hissəciklər 1000 kilometrə qədər məsafə qət edə bilir.

Havaya uçan qızıl hissəcikləri müasir dövrdə cari bazar qiymətləri ilə təxminən 7600 ABŞ dollarına bərabərdir. Potensial dəyərinə baxmayaraq, belə şəraitdə qızıl hasilatı iqtisadi cəhətdən əslində çox da sərfəli deyil. Lakin alimlər çıxış yolu kimi bu qiymətli metalı toplamaq üçün müasir avadanlıq quraşdırmağı düşünürlər. Belə bir orijinal ideya tədqiqatçıların fikrincə, elmi cəhətdən mümkün görünsə də, çətin hava şəraiti bu yeni, həmçinin ilk ola biləcək layihənin həyata keçirilməsini getdikcə çətinləşdirir.

Alimlər Antarktidada vulkan nəticəsində gündəlik havaya buxarlanan hər 80 qram qızılın dünyanın itirilmiş xəzinəsi, həm də ən qiymətli metal ehtiyatı adlandırıblar.

Oqtay QORÇU
Seçilən
1
reyting.az

1Mənbələr