AZ

Putin niyə hərbi mundir geyindi? Ukraynadan rəsmi açıqlama - FOTO

Ukrayna SNBO: “Putin hərbi geyimdə görünərək yeni təhdidlər səsləndirir”

Ukrayna Təhlükəsizlik və Müdafiə Şurasının (SNBO) Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzinin rəhbəri Andrey Kovalenko, Rusiya Prezidenti Vladimir Putinin hərbi geyimdə görünməsi və “bufer zonası” barədə danışmasını yeni təhdidlərin siqnalı kimi qiymətləndirib.

“Putin yenidən təhdid dilində danışmağa başlayıb. O, hərbi geyimdə çıxış edərək, guya sərhəd təhlükəsizliyi adı altında Ukraynaya qarşı yeni planlar qurur. Amma əslində Kursk vilayətindəki uğursuzluqları onun üçün şəxsi alçalma hesab olunur. İndi Putin ABŞ-la danışıq öncəsi gərginliyi artırmaq və təzyiq göstərmək üçün yeni siyasi oyun oynamağa çalışır”, – deyə Kovalenko bildirib.

Musavat.com -un hazladığı xəbərə görə, Ukrayna rəsmiləri hesab edirlər ki, Moskva real vəziyyəti gizlətmək və Rusiya ictimaiyyətinə qələbə görüntüsü vermək üçün belə addımlar atır. Analitiklər isə Putinin hərbi geyimdə görünməsini Ukraynanın sərhəd bölgələrində Rusiya qüvvələrinə uğurlu zərbələr endirməsinə cavab olaraq panika və daxili təbliğat gedişi kimi dəyərləndirirlər.

Qeyd edək ki, son aylarda Ukrayna ordusunun sərhəd boyunca Rusiya mövqelərinə dəqiq zərbələri Kursk vilayətində Moskva üçün ciddi problemlər yaradıb. Kreml isə “təhlükəsizlik zonası” terminini irəli sürməklə əslində Ukraynaya qarşı yeni hücumlar üçün zəmin hazırlamaq niyyətindədir.

Seçilən
16
1
turkustan.az

2Mənbələr