AZ

Hər özünə türkçü deyənə inanmayın

Samir Feyruzov
Özünü “milli qüvvə” adlandıran tanınmış şəxslərin tələsinə düşməyin!  
Sovet dövründə rus “kqb”si (nkvd"nin varisi kimi) ağlagəlməz ssenariləri işə saldı. Azərbaycan milli məfkurəsinin kodlarını, koordinatlarını və ən incə hüceyrələrini yüksək ustalıqla dəyişməyi bacardılar. “Kqb” Azərbaycanın xain və sadiq xadimlərinin, tanınmışlarının və ziyalılarının ailələri üzərində dəhşətl plan hazırladı. Əliheydər Qarayev kim idi? Bolşevik ideyalarının alovlu təbliğatçısı, AXC əleyhdarı olan deputat, bəs, Məşədi Əzizbəyov? “26 Bakı komissarı"ndan biri... 
Rus “kqb”si bu şəxslərin ölümündən sonra onların şəcərəsi üzərində ideoloji plan tətbiq etdi. Bəs, bu uzunmüddətli və strateji plan nə idi? Diqqətlə araşdırsaq görərik ki, bu gün hər iki şəxsin nəslindən olan şəxslərin əksəriyyəti qatı türkçülərdir, rusa nifrət edirlər. Halbuki babaları ruslara xidmət edirdi. 
Amma türkçülük ideyalarının alovlu təbliğatçılarının, Rusiyaya nifrət edən şəxslərin, məsələn, Hüseyn Cavid başda olmaqla, böyük hissəsinin nəslindən olan şəxslər daha çox rus mədəniyyətinə sahibləndilər, hətta doğma dillərində danışa bilmədilər, rus təhsili və təsiri onların daha parlaq sima kimi önə çıxmasını təmin etdi, onlar özlərini rus kulturasının tərkib hissəsi kimi görməyə başladılar. Amma babaları rusların düşmənləri idi. 
Maraqlıdır, deyilmi və bütün bunlar təsadüfdürmü? Onların təhtəlşuürlarında başqa proses gedir, əmin olun!
Hər iki cəbhədə olan məşhur şəxslərin törəmələrinin kimlik kodlarını dəyişdilər. Bunun məqsəd və hədəfləri barədə çox yazmaq olar. Bizim cəmiyyəti çaşdıran xeyli sayda belə tarixi-ideoloji məqamlar var. 
Odur ki, hər özünə türkçü deyənə inanmayın, Turan ideyasından bağırıb kütləni milliyətçiliyə sövq edənlərə, bütün şüurlu və şüursuz fəaliyyətini Rusiyanın, İranın söyülməsinə sərf edən hər kəsə bel bağlamayın. Heç şübhəsiz, onların içərisində qanı təmiz və səmimi olanlar da az deyil, amma önə çıxarılan şəxslərin kimliyini araşdırın.
Eyni zamanda, bu planda “kqb”nin nail ola bilmədiyi və uğursuzluqla nəticələnən işləri də çox oldu.
Samir Feyruzov



Bütün reaksiyalar:
22Гараев Тельман, Fizuli Zaidov və başqa 20 nəfər



Seçilən
2
azia.az

1Mənbələr