Lənkəran Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Asim Əliyevin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Neymət Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü o, 6 il 6 ay müddətə azadlıqdan məhrum edilib.
Qeyd: “Saatlı TV” kanalı və TikTokda “13Asim13” adlı profilin istifadəçisi olmuş Asim Əliyev DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən saxlanılıb.
O, vəzifəli şəxslərin barələrində neqativ məlumatları sosial şəbəkələrin hesab və kanallarında yayacağı hədəsi onlardan müxtəlif məbləğlərdə pul tələb ediblər.
İttihama görə, Asim Əliyev Saatlı rayonu, Varxan kənd Bələdiyyəsinin sədri, Saatlı Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru, şirkətlərdən birinin baş mühasibi, Saatlı rayonu Qıraqlı kənd tam orta məktəbin direktoru, Saatlı rayon idarələrindən birinin rəisi, Saatlı Rayon Mərkəzi Xəstəxanasının direktor müavininə özünü azad jurnalist kimi təqdim edərək onlardan hədə-qorxu ilə pul tələb edərək alıb.
Kamal Məmmədov