Bakı. Trend:
Gədəbəy rayonunda yanğın hadisəsi baş verib.
Bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuatxidmətindən məlumat verilib.
Bildirilib ki, rayonun Qızılqaya kəndində ümumi sahəsi 160 m²(hər mərtəbəsi 80 m²) olan ikimərtəbəli 4 otaqlı evin yanarkonstruksiyaları yanıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğınyanğından mühafizə bölmələri tərəfindən söndürülüb.