"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti "Atletiko Madrid"lə oyun haqqında danışıb.
"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab matçında "Atletiko"ya qarşı penaltilər seriyasında (0:1, pen. - 4:2) müdafiəçi Antonio Rüdigerin penalti zərbəsini sonuncu yerinə yetirməsinin səbəbini açıqlayıb.
Operativ Media bu haqda UEFA-nın rəsmi saytına istinadən xəbər verir.
Ançelotti “Beşinci penaltini kimin yerinə yetirəcəyinə şübhəmiz var idi. Ancaq Rudigerin "Siti"yə qol vurduğunu nəzərə alsaq, seçimimizi müəyyən edən budur" deyə bildirib.
"Real Madrid" Çempionlar Liqasının 1/4 final mərhələsində "Arsenal"la qarşılaşacaq. İlk oyun aprelin 8-də Londonda, cavab qarşılaşması isə 16-da Madriddə keçiriləcək.