AZ

ÇL: “Bayern” “İnter”ə, “Real” "Arsenal"a rəqib oldu

Futbol üzrə UEFA Çempionlar Liqasında (ÇL) 2024/2025-ci illər mövsümünün 1/4 final mərhələsinin cütləri müəyyənləşib.

Arena.az xəbər verir ki, turnirin hazırki qalibi “Real” (İspaniya) İngiltərə “Arsenal”ına rəqib olub.

İspaniyanın digər təmsilçisi “Barselona” yarımfinala gedən yolda ötənilki finalçı Dortmund “Borussiya”sı (Almaniya) ilə üz-üzə gələcək.

Əsas favoritlərdən sayılan “Liverpul”u (İngiltərə) mübarizədən kənarlaşdırmış PSJ (Fransa) bu dəfə digər ingilis klubu “Aston Villa” ilə münasibətlərə aydınlıq gətirəcək.

Mərhələnin əsas duelində isə İtaliyanın “İnter” və Almaniyanın “Bayern” komandaları qarşılaşacaqlar.

Qeyd edək ki, ÇL-in 1/4 final mərhələsinin ilk oyunları aprelin 8-də və 9-da keçiriləcək. Cavab matçları isə bir həftə sonra baş tutacaq.

UEFA Çempionlar Liqası
1/4 final mərhələsi
8-9 və 15-16 aprel

PSJ (Fransa) – “Aston Villa” (İngiltərə)
“Arsenal” (İngiltərə) – “Real” (İspaniya)
“Barselona” (İspaniya) – “Borussiya” (Dortmund, Almaniya)
“Bayern” (Almaniya) – “İnter” (İtaliya)

Seçilən
2
arena.az

1Mənbələr