Kursk vilayətinin Sudja bölgəsində və ətraf ərazilərində aktiv hərbi əməliyyatlar davam edir. Rusiya ordusu Ukrayna Silahlı Qüvvələrinin müdafiəsini yarmaq üçün hava-desant qoşunlarının və xüsusi əməliyyat qüvvələrinin hücum bölmələrindən istifadə edir.
Xezerxeber.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Aleksandr Sirski feysbuk sosial səhifəsində məlumat yayıb.
Onun sözlərinə görə, Rusiya qoşunları Ukrayna qüvvələrini Kursk vilayətindən sıxışdırıb çıxarmağa və hərbi əməliyyatları Sumı və Xarkov vilayətləri ərazisinə keçirməyə çalışır.
Sırski bəyan edib ki, düşmən artıq xeyli itki verib. "Kursk əməliyyatı başlayandan (2024-cü il avqustun 6-dan) rus qoşunlarının ümumi itkiləri 54,9 min nəfəri ötüb. Bərpası mümkün olmayan - 22,2 mindən çox hərbçi yaralanıb", - deyə Sırski qeyd edib.
Sırski deyib ki, Rusiya aviasiyası öz ərazisinə zərbələr endirməkdə davam edir. Sudja şəhərinə endirilən aviazərbələr nəticəsində bu yaşayış məntəqəsi demək olar ki, tamamilə dağıdılıb.
O qeyd edib ki, ukraynalı əsgərlərin həyatını xilas etmək prioritet olaraq qalır, ona görə də lazım gələrsə, bölmələr daha sərfəli mövqelərə manevrlər həyata keçirir.
“Biz Kursk vilayətində müdafiə nə qədər məqsədəuyğun və zəruridirsə, saxlayacağıq”, - deyə o əmin edib.