AZ

Rusiya ABŞ-nin Ukrayna danışıqları ilə bağlı tələblərini ortaya qoydu...- "Reuters"dən detallar

Rusiya ABŞ tərəfinə Ukraynaya qarşı müharibəni dayandırmaq və Vaşinqtonla münasibətləri bərpa etmək üçün sazişin bağlanması tələblərinin siyahısını təqdim edib.
 
Moderator.az  "UNİAN"-a istinadla xəbər verir ki, bu barədə “Reuters” öz mənbələrinə istinadən yazır
 
Nəşrin mənbələrinə görə, Rusiya və Amerika rəsmiləri son üç həftə ərzində şəxsi və virtual söhbətlərində bu şərtləri müzakirə ediblər.

Eyni zamanda, mənbələr Kremlin şərtlərinin "geniş olduğu və əvvəllər Ukrayna, ABŞ və NATO-ya qarşı qoyduğu tələblərə bənzədiyini" yazır.

Əvvəllər bu şərtlər arasında Ukraynanın NATO-ya üzvlükdən imtinası, Ukrayna ərazisinə xarici qoşunların yerləşdirilməməsinə dair razılaşma və prezident Vladimir Putinin Krımın və Ukraynanın dörd vilayətinin Rusiyaya aid olması barədə bəyanatının beynəlxalq səviyyədə tanınması daxil idi.

ABŞ prezidenti Donald Tramp indi Putinin Ukrayna prezidenti Vladimir Zelenskinin çərşənbə axşamı sülh danışıqlarına doğru ilk addım kimi qəbul edəcəyini dediyi 30 günlük atəşkəsə razı olub-olmayacağına cavab gözləyir.

Putinin potensial atəşkəs razılaşmasına sadiqliyi hələ də aydın deyil və təfərrüatlar hələ də aydınlaşdırılmalıdır. Eyni zamanda bəzi amerikalı rəsmilər, qanunvericilər və ekspertlər Putinin atəşkəsdən ABŞ, Ukrayna və Avropanı parçalamaq və istənilən danışıqlara xələl gətirmək cəhdi kimi istifadə edəcəyindən ehtiyat edirlər.

Ukraynada sülhə doğru gedən proses haqda xatırlatma:

Martın 11-də Səudiyyə Ərəbistanında ABŞ və Ukrayna nümayəndələri arasında görüş baş tutub. Görüşün ardınca Ukraynanın ABŞ-nin 30 gün müddətində dərhal müvəqqəti atəşkəslə bağlı təklifinə razılıq verdiyi bildirilib. Lakin atəşkəsə lk növbədə  Rusiya irazılaşmalıdır.

Eyni zamanda, Ağ Ev Rusiyanın Vaşinqtonun təklif etdiyi atəşkəs rejimini pozmasının qarşısını almaq üçün ABŞ-nin mexanizmlərinin olub-olmaması sualına cavab verməkdən yayınıb.

Bu arada Avropanın xüsusi xidmət orqanlarından biri Rusiya Federasiyasından mühüm sənəd alıb və orada qeyd edilir ki, “Ukraynadakı böhranın sülh yolu ilə həlli 2026-cı ildən tez baş verə bilməz”. Sənəd həmçinin Ukraynaya sülhməramlı kontingentin yeridilməsi planını da rədd edir.

S.Laçın

Seçilən
2
1
moderator.az

2Mənbələr