AZ

59 min manata layihə, 63 min manat manata bir iş yeri 

Bu ilin yanvar-fevral ayları ərzində Sahibkarlığın İnkişafı Fondu tərəfindən 547 layihənin maliyyələşdirilməsinə 32,1 milyon manat güzəştli kredit verilib.

Modern.az Fonda istinadən xəbər verir ki, verilən kreditlər hesabına 509 yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Kreditlər, xüsusilə kiçik və orta sahibkarlara yönəldilib, bu da öz növbəsində, yerli işsizliyin azalmasına və iqtisadiyyatın şaxələnməsinə kömək edəcək.

İş adamları 1 layihəyə orta hesabla 58,7 min manat güzəştli kredit alıblar. 

Sahibkarlar 1 yeni iş yerinin yaradılması üçün orta hesabla 63 min manat güzəştli kreditdən istifadə edəcəklər.  

Seçilən
5
1
modern.az

2Mənbələr