AZ

“Doğma torpaq” tammetrajlı bədii filminin çəkilişləri başa çatdı

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Narimanfilm” kinostudiyası tərəfindən çəkilən “Doğma torpaq” adlı tammetrajlı bədii filminin çəkilişləri başa çatıb.

Ssenari müəllifi və quruluşçu rejissoru İlqar Safat olan filmdə Azərbaycanın yaxın tarixinin üç önəmli mərhələsi işıqlandırılır. Bunlar indiki Ermənistan ərazisində – tarixi Azərbaycan torpaqlarında yaşayan soydaşlarımızın öz doğma yurdlarından qovulması, I Qarabağ müharibəsi, xüsusən Xocalı soyqırımı və Ordumuzun 44 günlük Vətən müharibəsində şanlı Qələbəsidir.

Publika.az xəbər verir ki, filmin ərsəyə gəlməsinə “PASHA Holding”, “United Alliance group”, “Gazelli Group”, “AzMade Group”, CMS, “Azersun Holding” şirkətləri, “Caspian Energy Club” və İTV də iştirak edib.
Ekran əsərinin çəkilişləri Qobustan, Quba, Bərdə, Zaqatala, Qax rayonlarında, Bakı və Şuşa şəhərlərində aparılıb.

Filmin bir sıra ölkələrdə nümayişi və beynəlxalq festivallarda iştirakı nəzərdə tutulur.
“Doğma torpaq” bədii filminin quruluşçu operatoru Konstantin Esadze, bəstəkarı Araz Hümbətli, səs rejissoru İvan Qusakov, prodüseri Nəriman Məmmədovdur.

Seçilən
1
4
publika.az

5Mənbələr