Fevralda ABŞ-da istehlak qiymətləri indeksi (inflyasiya göstəricisi) ötən ilin fevral ayı ilə müqayisədə cəmi 2,8% artsa da, yumurta qiymətləri yanvar-fevral aylarında 10,4% (mövsümi düzəlişlər ilə) və illik müqayisədə isə 58,8% artaraq bahalaşmaqda davam edib.
Marja xəbər verir ki, ABŞ Ədliyyə Nazirliyi yumurta qiymətlərindəki artımı araşdırmağa - yumurta istehsalçılarının tədarüklərini dayandırmaq və qiymətləri artırmaq üçün sui-istifadə edib-etmədiklərini araşdırmağa başlayıb.
Donald Tramp-ın əsas müttəfiqi İlon Mask, keçmiş prezident Co Baydenin, "150 milyon yumurtlayan toyuqların kəsilməsi" əmrindən sonra yumurta qiymətlərinin artmasına görə məsuliyyət daşıdığını iddia edib - baxmayaraq ki, virusa yoluxmuş quşların məhv edilməsi Kənd Təsərrüfatı Nazirliyinin siyasətidir və Tramp dövründə bu siyasət davam edir.
Bəzi restoranları ölkə daxilində tədarük çatışmazlığı və yumurta qiymətlərinin artması səbəbindən müvəqqəti olaraq yumurtalı yeməkləri bahalaşdırıblar.
İstehlak Qiymətləri İndeksinə görə, ABŞ-da yumurta qiymətləri dekabr ayından yanvar ayına qədər 15,2% artmış və yumurtanın orta qiyməti dekabrdakı 4,15 dollardan bir qədər artaraq 4,95 dollara çatmışdı.
Market şəbəkəsi "Treyder Joe's" təsdiqləyib ki, yumurta satışını məhdudlaşdırıblar: "Yumurtaya ehtiyacı olan müştərilərimizin çoxunun yumurta ala bilməsini təmin etmək məqsədilə ölkə daxilində hər müştəriyə gündə bir yumurta satırıq".