AZ

Dünya şöhrətli futbolçu Bakıda!

Portuqaliya millisinin və İngiltərənin “Mançester Yunayted” klubunun sabiq futbolçusu Luiş Nani Bakıya gəlib.

OLAY yazır ki, bununla bağlı idman jurnalisti Fəridə Abdulla instaqram səhifəsində məlumat yayıb. 

F.Abdulla, həmkarı Ceyhun Əli və keçmiş futbolçu ilə birlikdə çəkdirdiyi fotonu izləyiciləri ilə bölüşüb. 

Paytaxtımızın qonağı olan L.Nani yolunu İçərişəhərdən salıb.

İdmançı Qız Qalasının yanında çəkdirdiyi görüntülərini sosial şəbəkə hesabında yayımlayıb.

Qeyd edək ki, Luiş Nani Azərbaycanda təşkil olunacaq minifutbol üzrə dünya çempionatının püşkatma mərasimində iştirak etmək üçün ölkəmizə gəlib. 

Seçilən
3
olay.az

1Mənbələr