AZ

Anbarında 220325 manatlıq aksiz markasız siqaret saxlayan sahibkarla bağlı QƏRAR

Bakı Apellyasiya Məhkəməsinin aksiz markası ilə markalanmalı olan malları belə marka olmadan satmada təqsirləndirilən Vahid Qayıbovun (ad, soyadı şərti) barəsindəki hökmdən yenidən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

 

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

 

İttihama görə, Vahid Qayıbov aksiz markası ilə markalanmalı olan, lakin belə marka ilə markalanmamış 220 325 manat dəyərində 88 130 qutu tütün məmulatlarını 2024-cü ilin yanvar ayı ərzində istintaqa məlum olmayan şəxslərdən əldə edib. Sonra o, sahibkarlıq fəaliyyətini həyata keçirdiyi Bakı şəhəri, Qaradağ rayonunda yerləşən anbarda 27 aprel 2024-cü il tarixədək satış məqsədi ilə saxlayıb.

 

Qaradağ Rayon Məhkəməsinin hökmü ilə Vahid Qayıbov 1 il 6 ay müddətə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan sahibkar apellyasiya şikayəti verib.

 

Kamal Məmmədov

 

 

 

Tarix: 13 Mart 2025, 09:12   
Seçilən
3
pravda.az

1Mənbələr