AZ

Tramp corablarına görə vitse-prezidenti ələ salıb

ABŞ prezidenti Donald Tramp vitse-prezident J.D.Venslə yonca naxışlı corab geyindiyinə görə onu ələ salıb.

QHT.az xəbər verir ki, bu onların Ağ Evdə İrlandiyanın baş naziri Micheal Martin ilə görüşü zamanı baş verib.

“Bu corabları bəyənirəm. Mən diqqətimi cəmləməyə çalışırdım, amma vitse-prezidentin corabları məni çox heyran etdi" deyən Tramp gülmək üçün Vance corabını göstərib.

Qeyd edək ki, yonca İrlandiyanın milli simvollarından biridir.

 

R.İmanov

 

Seçilən
8
2
qht.az

5Mənbələr