Sportinfo.az Premyer Liqanın 26-cı turunda “Neftçi” ilə 1:1-lik bərabərliyə imza atan “Turan Tovuz”un kolumbiyalı yeni müdafiəçisi Hayderson Hurtadonun müsahibəsini təqdim edir:
– “Neftçi” ilə matçın son dəqiqələri dramatik alındı. Matçı ümumi necə şərh edərsən?
– Bu oyunu bir sözlə şərh edə bilərəm – əzmkarlıq. Biz yüksək konsentrasiya ilə oynadıq.
– Komandanı məğlubiyyətdən xilas etdin. Buna görə ayrıca sevinirsən?
– Bu qolu vurduğuma görə çox şadam.
– Bu heç-heçəni qələbəyə bərabər saymaq olar?
– Bizim üçün bu heç-heçə qələbə dadı ilə oldu. Kollektivimizə və azarkeşlərimizə öz minnətdarlığımı bildirirəm.
– Avrokuboklara yollanmaq şansınızın azaldığını düşünmürsən? Bacaracaqsız?
– Əminəm ki, avrokuboklara getməyə imkan qazanacağıq. Bunun üçün hər gün işləyirik. Başqa komandaların necə çıxış etməsindən asılı olmayaraq öz işimizi görməliyik.
– Növbəti oyununuz evdə “Sumqayıt”a qarşı olacaq. Rəqibin uğursuz çıxışını nəzərə alaraq evdə qələbə qazanacağınızı demək olar?
–Biz hər rəqibə ciddi yanaşmalıyıq. Gələn günlər ərzində bu oyuna hazırlaşıb, qələbə qazanmaq üçün meydançaya çıxacağıq.