Ötən gün beyninə qansızması nəticəsində vəfat edən Azərbaycan SSR Xalq artisti, SSRİ Dövlət mükafatı laureatı, balet ustası Tamilla Şirəliyeva bu gün İkinci Fəxri xiyabanda torpağa tapşırılacaq.
Bu barədə Oxu.Az-a onun yaxınları məlumat veriblər.
Qeyd olunub ki, Xalq artisti ilə vida mərasiminin bu gün saat 10:30-dan 12:00-a qədər Təzəpir məscidində keçirilməsi nəzərdə tutulub.
“Tamilla xanımın həyat yoldaşı çoxdan dünyasını dəyişib. Teymur adlı bir oğlu var. Təəssüf ki, anasının dəfnində iştirak edə bilməyəcək. Çünki ABŞ-də yaşayır. Sənədlərində yaranan problemlə bağlı dəfndə iştirakı mümkün olmayıb”, – deyə yaxını bildirib.
Xatırladaq ki, Tamilla Xudadat qızı Şirəliyeva 8 dekabr 1946-cı ildə Bakı şəhərində anadan olub. O, ötən gün 79 yaşında vəfat edib.