Bu qış ''Fənərbaxça''dan ayrılaraq icarə əsasında Amerikaya yollanan Cengiz Ündər üçün yeni macəra heç də pis başlamayıb.
''Football-plus.az'' xəbər verir ki, 27 yaşlı vinger yeni klubu ''Los Anceles''də debüt oyununa çıxıb.
Bu kollektiv KONKAKAF Çempionlar Kubokunun 1/8 finalının cavab oyununda ''Kolambus''un qonağı olub. Meydan sahibləri ilk yarını 2:0 öndə tamamlayıblar. Özü də ikinci qolu aktivinə penaltidən fərqlənən sabiq ''Fənər''li Dieqo Rossi yazıb. ''Kolambus'' daha bir qol vuracağı təqdirdə ümumi hesab bərabərləşəcəkdi. Çünki ''Los Anceles'' martın 5-də evdə keçirdiyi ilk görüşdə 3 cavabsız qolla qalib gəlmişdi. Amma ''Kolambus''un geri dönüşə gücü çatmayıb. Qonaqlar son anlarda fərqi minimuma endiriblər və bu qolda Cengiz yaxından iştirak edib.
68-ci dəqiqədə meydana daxil olan türkiyəli futbolçu əsas vaxta əlavə olunmuş 6-cı dəqiqədə topu rəqibdən oğurlayaraq komandasını əks-hücuma çıxarıb. Hücumun davamında Cengiz topu daha yaxşı mövqedə olan Denis Buanqaya ötürüb. Qabonlu forvard isə fürsəti boşa verməyərək yekun nəticəni müəyyənləşdirib. Beləliklə, Cengiz debüt oyununda aktivinə məhsuldar ötürmə yazıb. Onun komandası isə ümumi hesabda 4:2 qalib gələrək 1/4 finala yüksəlib.
Ündərin MLS təmsilçisi ilə icarə müddəti iyulun 1-nə qədər nəzərdə tutulub.
ƏLİ
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta