İkiqat dünya çempionu Ronaldo Braziliya Futbol Konfederasiyasının prezidenti postuna namizəd olmayacağını açıqlayıb.
News24.az xəbər verir ki, Ronaldo bu barədə sosial şəbəkədəki səhifəsində yazıb.
“Növbəti seçkilərdə Braziliya Futbol Konfederasiyasının prezidentliyinə namizəd olmaq istəyimi açıq elan etdikdən sonra niyyətimdən əl çəkdiyimi rəsmən elan edirəm. Qərar vermə gücünə malik olan əksəriyyət Braziliya futbolunun etibarlı əllərdə olduğunu bildirdiyi üçün, mənim fikrimin heç bir əhəmiyyəti qalmadı. .
Seçilsəydim, ilk addımlarım klublara sərbəstlik vermək və öz ştatlarında futbolu inkişaf etdirmək üçün dövlət federasiyalarının fikirlərinə daha çox diqqət yetirmək olacaqdı. 27 federasiya ilə ilk əlaqəmdə 23 bağlı qapı tapdım. Federasiyalar hazırkı administrasiyadan razı qaldıqlarını bildirərək məni qəbul etməkdən imtina etdilər. Layihəmi təqdim edə, fikirlərimi bölüşə bilmədim. Liderlərin çoxu indiki prezidenti dəstəkləyir, bu onların haqqıdır, hörmət edirəm. Mənim təşəbbüsümə maraq göstərən hər kəsə təşəkkür edirəm və Braziliya futbolunun inkişafı yolunun dialoq, şəffaflıq və birlik olduğuna inanmaqda davam edirəm”, – Ronaldo yazıb./publika