Sumqayıt şəhərinin Bakı küçəsi, 15-ci məhəllə 42d ünvanında yerləşən “ASAN xidmət” mərkəzi zəruri təmir-bərpa işləri ilə əlaqədar 16 mart - 7 aprel 2025-ci il tarixində fəaliyyətini qismən məhdudlaşdıracaq.
Belə ki, vətəndaşlarımız qeyd olunan müddətdə mərkəzdə yalnız Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, “Azəriqaz” İB, “Azərişıq” ASC, İpoteka və Kredit Zəmanət Fondu tərəfindən göstərilən həmçinin güzəştli mənzillər və tərcümə xidmətlərindən yararlana bilərlər.
Eyni zamanda mərkəzdə bütün xidmətlər üzrə hazır sənədlərin verilməsi həyata keçiriləcək.
Vətəndaşlarımızdan sözügedən müddətdə müvafiq xidmətlər üzrə 2 saylı Sumqayıt və digər “ASAN xidmət” mərkəzlərinə müraciət etmələrini xahiş edirik.
Ünvan: Sumqayıt şəhəri, Bulvar küçəsi