AZ

Azərbaycan millisində SÜRPRİZ ADLAR - Santuş 30-35 nəfərlik siyahı tutdu

Bu gün Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuşun mətbuat konfransı keçiriləcək.

Tədbir saat 11:00-da AFFA-nın inzibati binasında baş tutacaq.

Mətbuat konfransında komandamızın bu ay keçiriləcək yoldaşlıq görüşləri üçün heyəti açıqlanacaq.

Yığmamız martın 22-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Haiti, üç gün sonra “Bank Respublika Arena”da Belarus ilə qarşılaşacaq.

Portuqaliyalı çalışdırıcı 30-35 nəfərlik siyahı tutu b. O, bəzi futbolçuları ilk dəfə ölkənin bir nömrəli komandasına cəlb etməyi planlaşdırıb.

Santuş federasiya mənsubları ilə söhbətində bu barədə danışıb. Sabiq “Beşiktaş“lı konkret ad çəkməsə də, sürpriz isimlərdən bəhs edib.

Santuş xeyli müddətdir Azərbaycandadır. Mütəxəssis ötən zaman kəsiyində yalnız Premyer Liqa matçılarını izləməyib.

Eyni zamanda I Liqa Əvəzedicilər Liqası və Gənclər Liqasının bir neçə qarşılaşmasına stadiondan baxıb.

SPORTİNFO.AZ

Seçilən
4
sportinfo.az

1Mənbələr