AZ

ÇL: Həftənin futbolçusu adına 4 namizəd

Çempionlar Liqasında (ÇL) həftənin futbolçusu adına namizədlər açıqlanıb.

Msport.az xəbər verir ki, 1/8 final mərhələsinin cavab oyunlarından sonra UEFA 4 iddiaçını müəyyənləşdirib.

Dortmund “Borussiya”sının yarımmüdafiəçisi Emre Can “Lill” ilə oyunda (2:1) penalti zərbəsini dəqiq yerinə yetirib. PSJ-nin qapıçısı Canluici Donnarumma “Liverpul”la qarşılaşmada (1:0, penaltilərlə 4:2) iki penalti zərbəsini dəf edib.

“Bavariya”nın hücumçusu Harri Keyn “Bayer”lə oyunda (2:0) bir qol vurub, bir məhsuldar ötürmə verib. “Aston Villa”nın yarımmüdafiəçisi Marko Asensio “Brügge” ilə matçda (3:0) dubl edib.

Qalib azarkeşlər arasında aparılacaq səsvermədən sonra bəlli olacaq.

Seçilən
0
msport.az

1Mənbələr