Bu gün bədii gimnastika üzrə Azərbaycan çempionatı start götürür.
İdman.biz xəbər verir ki, yarış Milli Gimnastika Arenasında keçiriləcək.
Çempionatda müxtəlif yaş kateqoriyalarında idmançılar mübarizə aparacaqlar. Onlar dörd növdə - top, lent, gürzlər və halqa ilə çıxış edəcəklər.
Üç gün davam edəcək yarış martın 15-də başa çatacaq.
İdman.biz