AZ

“Arsenal” “Real”a rəqib oldu

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda “Arsenal” Londonda “PSV”ni qonaq edib. İlk oyunda səfərdə rəqibini 7-1 hesabı ilə darmadağın edən “topçular” özünü çox da yormayıb.

Yenisabah.az xəbər verir ki, matçda hesabı 6-cı dəqiqədə Zinçenko ilə “Arsenal” açıb. 18-ci dəqiqədə İvan Perişiç hesaba tarazlıq gətirib. 37-də Deklaran Raysla bir daha önə keçən “topçular” 70-ci dəqiqədə Diruxenin qoluna mane ola bilməyib. Oyun 2-2 hesablı heç-heçə ilə yekunlaşıb.

Bu nəticə ilə “Arsenal” növbəti mərhələyə adlayıb. Onun rəqibi turnirin ən əzəmətli klubu “Real Madrid” olacaq.

 


Telegram kanalımız
Seçilən
8
yenisabah.az

1Mənbələr