AZ

Azərbaycanın Milli Qəhrəmanı- Bəhruz Mənsurovun doğum günüdür

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Mənsurov Bəhruz Qəhrəman oğlunun doğum günüdür. O, dövlətçiliyimiz və Vətənin müdafiəsi uğrunda canını fəda edərək, qəhrəmanlığı ilə Azərbaycan xalqının yaddaşında əbədi iz qoyub.

QHT.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 4 aprel 1995-ci il tarixli 307 saylı Fərmanı ilə Bəhruz Mənsurov ölümündən sonra "Azərbaycan Milli Qəhrəmanı" adına layiq görülüb. Onun şərəfinə Dövlət Sərhəd Xidmətinin Göytəpə Sərhəd Dəstəsinin 16-cı zastavasına adı verilib və orada büstü ucaldılıb. Eyni zamanda, Yardımlı rayonunda bir küçə və oxuduğu orta məktəb qəhrəmanın adını daşıyır.

Ruhu şad, məkanı cənnət olsun!

Seçilən
21
qht.az

1Mənbələr