AZ

AMB prezidenti Laqard: "Yüksək qeyri-müəyyənliklə üzləşirik"

Avropa Mərkəzi Bankının (AMB) prezidenti Kristin Laqard qeyd edib ki, AMB ABŞ-dakı siyasi dəyişikliklər və iqtisadi qeyri-müəyyənlik səbəbindən böyük çətinliklərlə üzləşib. Ticarət, müdafiə və iqlim problemlərindən qaynaqlanan şokların Avro Bölgəsində inflyasiya nisbətlərinin artması riski daşıdığını qeyd edən Laqard, mövcud şərtlərə görə qiymət sabitliyini qorumağın çətin bir iş olacağını vurğulayıb.

Avropa Mərkəzi Bankının (AMB) prezidenti Kristin Laqard Almaniyanın Frankfurt şəhərində Höte Universitetinin Pul və Maliyyə Sabitliyi İnstitutunun keçirdiyi “AMB və onun müşahidəçiləri” konfransında çıxış edib.

Qeyri-adi dərəcədə yüksək səviyyədə qeyri-müəyyənliklə üzləşdiklərini ifadə edən Laqard, yeni dövrdə qiymət sabitliyini qorumağın çətin bir vəzifə olacağını söylədi.

"AMB böyük problemlərlə üzləşib"

Beynəlxalq nizamın qurulmuş qaydalarının alt-üst edildiyini vurğulayan Laqard bildirib ki, dünya cəmi bir neçə ay əvvəl ağlasığmaz siyasi qərarların şahidi olur.

AMB-nin ABŞ-dakı siyasi dəyişikliklər və iqtisadi qeyri-müəyyənlik qarşısında böyük çətinliklərlə üzləşdiyini ifadə edən Laqard, ticarət, müdafiə və iqlim problemlərindən qaynaqlanan şokların Avrozonada inflyasiyanın artması riski daşıdığı barədə xəbərdarlıq edib:

"Biz qeyri-adi dərəcədə yüksək qeyri-müəyyənlik səviyyəsi ilə üz-üzəyik. Yeni dövrdə qiymət sabitliyini qorumaq çətin olacaq. Bu, bizim inflyasiya hədəfimizə mütləq sadiqliyi, hansı növ şokların monetar reaksiya tələb edəcəyini ayırd etmək bacarığını və lazımi cavab vermək üçün çevikliyi tələb edəcək".

Seçilən
0
kommersant.az

1Mənbələr