AZ

Məkləbli ləvazimatları satan vergi ödəyicisinin gəlirdən çıxılan xərcləri

Məkləbli ləvazimatlarının satışı ilə məşğul olan şirkətin 2024-cü ildə gəlirləri təqribi 115.000 manat, gəlirin əldə edilməsi ilə bağlı xərcləri isə təqribi 60.000 manat təşkil edib. Şirkət bəzi alınan məhsulları satılan malların yanında ödənişsiz təqdim edir. Məsələn, alıcıya salafan torba, dəftər alana üstündə qələm və s. verilir. Bunun təqribi 3.000 manat hissəsini adi mağazadan almışıq. Bu halda həmin 3.000 manat məbləğ gəlirdən çıxıla bilərmi?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 108.1-ci maddəsinə əsasən, bu fəsilə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Gəlirdən çıxılan xərclər qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirilməlidir. Qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirilməyən xərclərin gəlirdən çıxılmasına yol verilmir.

Nəzərə çatdırılıb ki, Vergi Məcəlləsinin 109.8-ci maddəsinə əsasən, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun 3.5-ci maddəsində göstərilən mallar, habelə daşınmaz əmlak, avtomobil nəqliyyatı vasitələri və daşınar əsas vəsaitlər istisna olmaqla, digər malların vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərdən alış aktı əsasında alınması və ya malların vergi ödəyicilərindən bu Məcəllənin 50.8-ci maddəsinin tələblərinə cavab verən nəzarət kassa aparatının çeki əsasında alınması üzrə gəlirdən çıxılan xərclərin yuxarı həddi vergi ödəyicisinin hər il üçün gəlirlərinin və xərclərinin ən yüksəyinin hər bir hal üzrə 2 faizi həddində məhdudlaşdırılır və bu həddən yuxarı məbləğ gəlirdən çıxılmır.

Əsas: Vergi Məcəlləsinin 108-ci və 109-cu maddəsi

Seçilən
0
vergiler.az

1Mənbələr