AZ

Ukrayna çətin durumda

Ukrayna Silahlı Qüvvələrində (AFU) artıq Amerikanın ATACMS əməliyyat- taktiki raketləri yoxdur.

Publika.az xəbər verir ki, bu barədə “Associated Press” (AP) məlumat yayıb.

Vaşinqtondakı mənbələr agentliyə bildiriblər ki, Kiyev tədarük etdiyi bütün mərmiləri istifadə edib. Məlum olub ki, Pentaqon Ukraynaya 40-a qədər raket ötürüb. Sonuncu isə yanvarın sonunda göndərilib.

ABŞ-ın yüksək rütbəli hərbi rəsmiləri daha əvvəl Ukraynaya ATACMS təchizatının məhdudlaşdırılacağı barədə xəbərdarlıq etmişdilər. AP qeyd edir ki, ABŞ və NATO digər silahların Ukrayna Silahlı Qüvvələri üçün daha dəyərli olacağına qərar verib.

Seçilən
2
publika.az

1Mənbələr