1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Suriyanın keçmiş prezidenti Bəşər Əsədin bir qrup tərəfdarı Latakiya əyalətində hərbi kazarmaya hücuma cəhd edib.
Oxu.Az xəbər verir ki, bu barədə Suriyanın SANA agentliyi Müdafiə Nazirliyindəki mənbəyə istinadən məlumat yayıb.
Qeyd olunur ki, münaqişə hərbi obyektin girişində baş verib. Təhlükəsizlik qüvvələri hücumun qarşısını ala bilib, Əsədin dörd tərəfdarı saxlanılıb.