AZ

Beyləqanda yol qəzası olub, altı nəfər xəsarət alıb

Beyləqanda altı nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qarabağ bürosunun əldə məlumatına görə, ötən gün rayonun Daşbrun qəsəbəsində hərəkətdə olan "Mercedes" markalı avtomobil qarşıdan gələn "VAZ- 21015" markalı avtomobillə toqquşub.

Nəticədə hər iki avtomobildəki sərnişinlərdən altı nəfər müxtəlif dərəcəli xəsarət alaraq Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Yaralılardan dörd nəfərin Füzuli, ki nəfərin isə Beyləqan rayon sakinləri olduğu müəyyənləşib.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
3
8
report.az

10Mənbələr