AZ

Beyləqanda qəza - 6 nəfər xəstəxanalıq oldu

Beyləqanda ağır yol - nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, dünən saat 17 radələrində Daşburun-Yuxarı Qarabağ yolunda “Vaz” və “Mercedes” markalı avtomobillər toqquşub.

Nəticədə sürücülər - 1995-ci il təvəllüdlü Qəhrəman Qurbanov, 2003-cü il təvəllüdlü Hüseyn Bəndalızadə, eləcə də sərnişinlər - Taleh Xəlilzadə, Murad Məmmədov, Sülhəddin Quliyev və Ravin Əliyev müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
16
1
qafqazinfo.az

2Mənbələr