AZ

650 MİNLİK evini ofisianta VERDİ

Londonda yaşayan Riçard Coyun ölümündən bir müddət əvvəl 650 min funt-sterlinq dəyərində olan evini 38 yaşlı ukraynalı ofisiant Mariya Romanışına verməsi ailəsini hərəkətə keçirməyə sövq edib. 

News24.az “The İndependent”ə istinadən xəbər verir ki, Coyun əmisi oğlu mülkü geri almaq üçün qanuni mübarizəyə başlayıb.

2018-ci ildə 82 yaşında vəfat edən Riçard Coy ailəsindən miras qalan Hillside Gardensdəki evində tək yaşayırmış. 2016-cı ildə Coy evini tez-tez getdiyi kafedə işləyən 38 yaşlı ukraynalı ofisiant Mariya Romanışına köçürüb.

Romanışın iddia edir ki, Coy sənədi ona verib və “bu ev sənindir, mən istəyirəm ki, ev sənin olsun” deyib.


Günel Məlikzadə


Seçilən
8
news24.az

1Mənbələr