AZ

Qrenlandiyada seçkiləri demokratlar qazandı: ABŞ-nin təzyiqlərinə qarşı çıxdılar

Qrenlandiyada
Qrenlandiyada keçirilən parlament seçkilərində müxalifətdə olan Demokraatit (Demokratlar) Partiyası qalib gəldi. 1news.az xəbər verir ki,ABŞ Prezidenti Donald Trampın Qrenlandiyanı ABŞ-a birləşdirmək planları və ilhaq təhdidləri seçki prosesinə təsir edərkən, seçicilər mərkəz-sağçı Demokratları dəstəklədi.
Seçki nəticələrinə görə, Demokraatit Partiyası 29.9% səs toplayaraq hakimiyyətdə olan sol görüşlü Inuit Ataqatigiit Partiyasını geridə qoydu və parlamentdə çoxluğu qazandı. Partiya lideri Nilsen, Trampın Qrenlandiyanı ABŞ-a birləşdirmək ideyasına qarşı olduqlarını açıq şəkildə ifadə etdi. Müstəqillik Müzakirələri Güclənir Danimarkadan müstəqilliyi əsas hədəf elan edən Naleraq Partiyası 24.5% səs topladı. Siyasi analitiklər hesab edirlər ki, ABŞ-ın təzyiqləri Qrenlandiyanın Danimarka qarşısında mövqeyini gücləndirib və müstəqillik hərəkatını daha da sürətləndirib. Buna baxmayaraq, Demokratlar daha uzunmüddətli və mərhələli bir müstəqillik prosesini dəstəkləyir. Donald Tramp isə 5 martda ABŞ Konqresində çıxışı zamanı “Qrenlandiyaya ehtiyacımız var. Düşünürəm ki, elə ya da belə, bunu əldə edəcəyik” ifadələrini işlədib.

Aparılan sorğulara görə, 57 min nəfərlik adada əhalinin 85%-i ABŞ-a qoşulmağa qarşıdır.

Seçilən
17
1news.az

1Mənbələr