Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Polşa Prezidenti Andjey Duda Polşada Birləşmiş Ştatları Polşada nüvə silahı yerləşdirməyə çağırıb. Duda bu məsələni ABŞ Prezidenti Donald Trampın Ukrayna və Rusiya üzrə xüsusi təmsilçisi Kit Kelloq ilə müzakirə edib.
Duda bu barədə "Financial Times" nəşrinə məlumat verib. Polşa Prezidenti Amerika Prezidenti Donald Trampın nüvə silahını Qərbi Avropa və yaxud da Birləşmiş Ştatlardan Polşaya köçürə biləcəyini real hesab elədiyini bildirib.
Duda deyib: "1999-cu ildə NATO sərhədləri şərqə doğru irəlilədi. Ona görə də, artıq 26 il keçəndən sonra NATO-nun infrastrukturunun şərqə doğru yerdəyişməsi baş verməlidir.Mənim üçün bu, aydındır. Fikirləşirəm ki, nəinki belə bir addım atmağın vaxtı çatıb, həm də həmin silahın artıq burada olması daha da təhlükəsizdir".
Hürr Tərcüman