AZ

13 mart - Milli Qəhrəman Bəhruz Mənsurovun doğum günüdür

13 mart Azərbaycanın Milli Qəhrəmanı Bəhruz Mənsurovun doğum günüdür.

Missiya.Az xəbər verir ki, o, 1975-ci ildə Yardımlı rayonunun Telavar kəndində dünyaya gəlib.

1993-cü ildə Bakı Ali Birləşmiş Komandirlər Məktəbinin sərhəd qoşunları fakültəsinə daxil olub. 1995-ci il mart hadisələri baş verərkən ordu sıralarında xidmət edib. 13-17 mart hadisələri zamanı şəhadətə ucalıb.

Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı Fərmanı ilə Mənsurov Bəhruz Qəhrəman oğlu ölümündən sonra "Azərbaycan Milli Qəhrəmanı" adına layiq görülüb. Yardımlı rayonunun Telavar kəndində dəfn edilib. Dövlət Sərhəd Xidmətinin Göytəpə Sərhəd Dəstəsinin 16-cı zastavası, oxuduğu orta məktəb və Sumqayıtın 16-cı mikrorayonunda yerləşən bulaq–abidə kompleksi onun adını daşıyır.

Zərintac MayisqızıMissiya.Az

Seçilən
1
missiya.az

1Mənbələr