AZ

Bakıda piyadaların yolunu kəsən bahalı maşınlar- FOTO

Paytaxtda səkilərin, piyada yollarının zəbt edilməsi qarşısıalınmaz problemə çevrilir. AzPost xəbər verir ki, bu barədə dəfələrlə şikayətlər olsa da yenə aktual olaraq qalır.

Bakının Süleyman Rüstəm küçəsində (“Baku Medical Plaza”nın qarşısı) 10-VH-357 dövlət nömrə nişanlı, “Land Rover Discovery” markalı və paytaxtın Cəfər Xəndan küçəsində 99-FH-005 dövlət nömrə nişanlı, “BMW X6” markalı avtomobillərin sürücüləri qaydaları kobud şəkildə pozaraq piyadaların hərəkəti üçün nəzərə tutulmuş səkidə park ediblər.

Bununla da ərazidən keçən insanlara təhlükəli vəziyyət yaradıblar.

Xatırladaq ki, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən səkidə avtomobil park edən sürücü 60 manat və 2 cərimə balı ilə cəzalandırılır.

Seçilən
1
azpost.info

1Mənbələr