AZ

Müharibə tam razılıq olanda dayanacaq - Kelin

Moskva Vaşinqtonun Ukraynanın şərqində atəşkəslə bağlı təklifini nəzərdən keçirəcək, lakin hərbi əməliyyatların tam dayandırılması yalnız sülh razılaşması əldə edildikdən sonra olacaq.

Axar.az xəbər verir ki, bunu Rusiyanın Böyük Britaniyadakı səfiri Andrey Kelin “Voll Strit Jurnal”a müsahibəsində deyib.

“Buna çox ehtiyatla yanaşırıq. Tam, hərtərəfli razılığa gələndə hərbi əməliyyatları dayandıracağıq. Moskvanın atəşkəsin mümkünlüyünə şübhə ilə yanaşması Kiyevlə əvvəlki danışıqlardakı təcrübəsinə görədir”, - Kelin bildirib.

Seçilən
5
axar.az

1Mənbələr