AZ

Ukrayna qoşunları Kursk bölgəsində GERİ ÇƏKİLİR

Ukrayna qoşunları Rusiyanın Kursk bölgəsində çətinlik qazandıqları mövqeləri itirmək ərəfəsindədir və artı geri çəkilir.  

Modern.az xəbər verir ki, bu barədə “Reuters”in məlumatında bildirilib.

Ötən il avqustun 6-da Ukrayna müharibənin ən ciddi sarsıntılarını yaşayanda Kiyevin ordu bölmələri  sərhədi keçərək Rusiyada Kursk vilayətinin bir hissəsini ələ keçirdi və bu, onların əhval-ruhiyyəsini artırdı.

Lakin 7 aydan çox müddət ərzində getdikcə kiçilən ərazini saxladıqdan sonra Ukraynanın vəziyyəti ötən həftə kəskin şəkildə pisləşib..

Rusiya Müdafiə Nazirliyi çərşənbə günü Kurskda daha beş kəndin azad edildiyini bildirib.

Müharibənin cəbhə xəttlərinin xəritəsini hazırlayan Ukraynanın “Deep State” saytı da Ukrayna qüvvələrinin Kurskdakı Sudja şəhərinə artıq nəzarət etmədiyini təsdiqləyib.

Bu arada “Skadovsky Defender” ləqəbli ukraynalı hərbi bloger Telegram-da yazıb: “Ukrayna Silahlı Qüvvələri Kurskdan gedir. Cümə gününə qədər orada bir dənə də olsun Ukrayna əsgəri qalmayacaq”.

Bununla belə, eyni kanal Ukraynanın Sudjaya kütləvi zərbələr endirməkdə davam etdiyini bildirib.

“Amma bu hekayə tezliklə bitə bilər. Onlar sərhəd kəndlərini daha bir neçə gün saxlamağa cəhd edə bilərlər. Amma ümumilikdə, Kursk körpüsü ilə bağlı hekayə sona çatır və Ukrayna qoşunları geri çəkilir”, - hərbi bloger “Dojd” telekanalına deyib.

Seçilən
1
modern.az

1Mənbələr