AZ

USAİD-in fəaliyyəti dayandıqdan sonra Ermənistandakı Amerika Universitetindən loqoları çıxarılıb

Ermənistan - Amerika Universitetindən loqoları çıxarılıb və kənarı hasarlanıb.

USAİD-in fəaliyyəti dayandıqdan sonra Ermənistandakı Amerika Universitetindən loqoları çıxarılıb.

Operativ Media xəbər verir ki, bu barədə "Hraparak" qəzeti məqalə yayıb



Məqalədə deyilir:

"İrəvan meriyasının qeyri-peşəkar, ləng və bürokratik fəaliyyəti nəticəsində məlum olub ki, bundan Ermənistan Amerika Universiteti də zərər çəkib. Çoxları yəqin ki, son aylarda universitetin arxa hissəsində yerləşən bağın təmir məqsədilə bağlı olduğunu və ətrafdakı binaların söküldüyünü müşahidə edib.

Eyni zamanda, çoxları tikinti işləri ilə bağlı məlumat verən lövhənin olduğunu da görmüş ola bilər. Lövhəyə əsasən yenidənqurma işləri USAID təşkilatının maliyyə dəstəyi ilə həyata keçirilirdi.

Lakin bir neçə gün əvvəl lövhədən USAID-in loqoları çıxarılıb və ya silinib. Məsələ ondadır ki, İrəvan meriyası tikinti icazəsinin verilməsi prosesini o qədər uzadıb ki, yenidənqurma işləri baş tutmayıb. Bu arada isə Tramp hakimiyyətə gəldikdən sonra USAID və onun proqramları bağlanıb və nəticədə bu bağın tikintisi də yarımçıq qalıb".

Seçilən
3
operativmedia.az

1Mənbələr