Beyləqanda altı nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, rayonun Daşburun qəsəbəsində "Mercedes" markalı avtomobil VAZ-21015 markalı maşınla toqquşub.
Nəticədə altı nəfər müxtəlif dərəcəli xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Murad Həsənov
Mənbə: oxu.az