
Sumqayıt şəhərinin Bakı küçəsi, 15-ci məhəllə 42d ünvanında yerləşən “ASAN xidmət” mərkəzi (1 saylı Sumqayıt “ASAN xidmət” mərkəzi) zəruri təmir-bərpa işləri ilə əlaqədar 16 mart - 7 aprel 2025-ci il tarixində fəaliyyətini qismən məhdudlaşdıracaq.
Yeniavaz.com xəbər verir ki, bu barədə “ASAN xidmət” məlumat yayıb.
Bildirilib ki, vətəndaşlar qeyd olunan müddətdə mərkəzdə yalnız Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, “Azəriqaz” İB, “Azərişıq” ASC, İpoteka və Kredit Zəmanət Fondu tərəfindən göstərilən həmçinin güzəştli mənzillər və tərcümə xidmətlərindən yararlana biləcəklər.
“Eyni zamanda mərkəzdə bütün xidmətlər üzrə hazır sənədlərin verilməsi həyata keçiriləcək.