AZ

“Real” Çempionlar Liqası tarixinə düşdü

“Real” Çempionlar Liqasında yeni rekorda imza atıb.

Msport.az xəbər verir ki, “kral klubu” turnir tarixində 40-cı dəfə 1/4 finala yüksəlməklə bunu reallaşdırıb.

İndiyə qədər başqa heç bir komanda bunu bacarmayıb. “Real” ardıcıl beş mövsümdür bu mərhələyə qədər irəliləyir və bu müddətdə iki dəfə turnirin qalibi olub.

Bu göstəriciyə görə ikinci yerdə “Bavariya” qərarlaşıb. Almanlar 34 dəfə Çempionlar Liqasının 1/4 finalına yüksəlib. Üçüncü pillədə isə “Barselona” (24 dəfə) var. Kataloniyalılar bunun 19-da yarımfinala adlayıb.

Qeyd edək ki, “Real” 1/8 finalda “Atletiko”nu penaltilər seriyası ilə məğlub edib.

Seçilən
11
msport.az

1Mənbələr